Pleyeri seçin:
Bacı və qardaşı avtomobil vurdu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda bacı və qardaş yol qəzasında xəsarət alıb.
Hadisə aprelin 21-də günorta saatlarında, rayonun Sütəmurdov kəndi ərazisində baş verib.
Lənkəran şəhər sakini Kamran Nurullayevin idarə etdiyi “Chevrolet” markalı minik avtomobili səki ilə hərəkət edən 18 yaşlı Xədicə Kərimovanı və onun qardaşı 17 yaşlı Həsən Kərimovu vurub.
Daha sonra avtomobil yol kənarındakı telefon dirəyinə çırpılıb. Dərhal hadisə yerinə təcili tibbi yardım xidməti və polis əməkdaşları cəlb olunub. Xəsarət alan bacı və qardaş Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
Kopyalandı
#Lənkəran teqi istifadə olunub
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
- “Qızımı izləyib, blokda vurub, oğlunu da...” | Qandonduran hadisə | “Uşağı 3-4 yerdən...” - Baku TV
- Lənkəranda dəhşətə gətirən hadisə | Gənc ana və oğlu bıçaqlandı - Baku TV CANLI
- “Xeyli ziyan vurdu bizə” | Lənkəranda dolu və güclü külək ağır fəsadlar törətdi - Baku TV
