Bakı sakinləri niyə gecə küçədə yığışdı? - Qurumlara dəfələrlə desək də...
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Xətai rayonu Gəncə prospekti, 97 ünvanında torpaq sürüşməsi olub.
Sürüşmənin gecə saatlarında baş verməsi səbəbindən sakinlər küçədə yığışmalı olublar.
“Təhlükəli vəziyyətdəyik. Gecə qorxudan yata bilmirik. Daşlar o qədər böyükdür ki, binaya doğru tökülsə, buradan keçən hər kəsin həyatı üçün təhlükə yarada bilər”, – deyə sakin narahatlığını ifadə edib.
Onların sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müracət etsələr də, heç bir tədbir görülməyib.
“Bir müddət əvvəl burada daha böyük torpaq sürüşməsi olmuşdu. Xətai Rayon İcra Hakimiyyətindən sürüşən torpaq kütləsini təmizləyəcəklərini bildirsələr də, iki aydan çox vaxt keçməsinə baxmayaraq, deyilənə əməl etməyiblər”, – başqa bir sakin deyib.
#Xətai rayonu teqi istifadə olunub
- Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT
- Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
