Pleyeri seçin:

Bakıda 18 miqrant, Balakəndə isə dəstə saxlanıldı

04 sentyabr 2023 403 baxış

Bakıda viza müddətindən artıq yaşayan və qanunsuz miqrasiyanın təşkilində iştirak edən 20 əcnəbi saxlanılıb.

Dövlət Miqrasiya Xidmətinin keçirdiyi tədbirlərlə müəyyən olunub ki, bu şəxslərdən 18-i 5-8 min dollar qarşılığında guya Avropa İttifaqına üzv dövlətlərin ərazisinə aparılacaqları vədi ilə aldadılaraq Azərbaycana gətiriliblər.

Təşkilatçılar xarici ölkədə yerləşən turizm şirkəti vasitəsilə əcnəbilərin asan yolla Avropa İttifaqı ərazisinə daşınılmasına dair təbliğat aparıb, ölkəmizə gəldikdən sonra 18 nəfərin sənədlərinin hazırlanmasına inandırmaq məqsədilə pasportlarını alıb, onların pulunu mənimsəyib və viza müddətində ölkə ərazisini tərk etmələrinə maneə yaradaraq qanunsuz miqranta çevrilmələrinə səbəb olublar. Həmin qanunsuz əməlləri törədən 2 əcnəbi müəyyən edilərək saxlanılıb və aşkar edilən hallarla bağlı materiallar hüquq-mühafizə orqanına göndərilib.

Balakəndə isə narkotik maddə alverçilərinə qarşı əməliyyat keçirilib. Belə ki, Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin keçirdiyi əməliyyatlar zamanı çətin relyefli dağ-meşə massivində narkotik plantasiyası salan, dövlətlərarası axtarışda olan, oğurluq edən və üzərində qanunsuz odlu silah-sursat gəzdirən ümumilikdə 9 nəfər tutulub. Ucqar dağlarda yerləri müəyyən edilən narkotik plantasiyasından çəkisi 350 kiloqrama yaxın 568 ədəd çətənə kolu, eləcə də külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb. Həmçinin biri “PK” (pe-ka) markalı pulemyot olmaqla ümumilikdə 8 odlu silah, 290 ədəd patron və 4 əl qumbarası götürülərək aidiyyəti üzrə təhvil verilib.

Polis əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı isə törətdiyi cinayətə görə barəsində dövlətlərarası axtarış elan edilən Vüsal Ömərov və rayonun Qazma kəndində yerləşən uşaq bağçasından kompüterlərini oğurlayan İzzət Məsiyev saxlanılıb.

Bütün faktlarla bağlı araşdırmalar davam etdirilir.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 403 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 403 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 403 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 403 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 403 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 403 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 403 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 403 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 403 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 403 baxış
Seçilmişlər
icon