Bakıda 3 evdən antik əşyalar və qızıl oğurlayanlar saxlanıldı | DİN görüntüləri yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Səbail rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb.
Naməlum şəxslər üç vətəndaşın evindən 30 000 manat dəyərində qızıl-zinət, iki ədəd mobil telefon, notbuk, fotoaparat və dəyərli antik əşyaları ələ keçiriblər. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə hadisələri törədən, əvvəllər məhkum olunmuş 1993-cü il təvəllüdlü Toğrul Abbaslı və həmyaşıdı Seymur Hacıyev saxlanılıblar. Onlar dindirmə zamanı hər üç evi eyni üsulla taladıqlarını, günlərlə mənzil sahiblərini izləyərək axşam saat 19:00-22:00 aralığında onların mənzildə olmadıqlarını müəyyənləşdirib əmin olduqdan sonra oğurluq etdiklərini bildiriblər.
T.Abbaslı və S.Hacıyevin paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
#Səbail rayonu teqi istifadə olunub
- "Qonşunun qapısını döyəndə qorxuram..." | Yüzdən çox yaşı olan bina qəzalı vəziyyətdə - Baku TV
- Səbail rayonunda qəzalı bina | Sakinlərin problemi nə vaxt həll olunacaq?- Baku TV
- Ödənişli parklanma niyə xidməti oldu? | Sakinlərin parklanma problemi böyüyür - Baku TV
- Sakinlər xidməti parklanmanın yaratdığı problemdən şikayətçidir
- "İndi 40 manat istəyirlər ki..." | Parklanmadakı dəyişiklik əhalini özündən çıxardı - Baku TV
