Bakıda gizlətmək istədilər, amma... | DTX və DSX birgə əməliyyat keçirdi
Dövlət Təhlükəsizliyi və Sərhəd Xidməti birgə əməliyyat keçirib.
Əməliyyat zamanı məlum olub ki, 1991-ci il təvəllüdlü Şəhriyar Əliyev xarici ölkədə yaşayan şəxslə cinayət əlaqəsinə girib. O, qaçaqmalçılıq yolu ilə Azərbaycana satış məqsədilə gətiriləcək külli miqdarda narkotik vasitə sayılan qurudulmuş marixuananı Beyləqan rayonu ərazisində əldə etdikdən sonra Bakı şəhərinə apararaq gizlədəcəyi barədə əvvəlcədən razılığa gəlib.
Şəhriyar Əliyev həmin narkotik vasitəni Beyləqan rayonunun Əhmədli kəndi ərazisində gizlədilən yerdən götürərək Bakı şəhərinə apararkən Dövlət Təhlükəsizliyi və Sərhəd Xidməti tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Baxış zamanı onun üzərindən ümumilikdə çəkisi 30 kiloqramdan artıq olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla əlaqədar Şəhriyar Əliyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
#Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) teqi istifadə olunub
- Ramiz Mehdiyev bu tarixdə hakim qarşısına çıxacaq | Məhkəmə ilə bağlı detallar - Baku TV
- Cahid İsayev dövlət əleyhinə çağırışlar etməkdə ittiham olunub - Baku TV
- "AID Group"la bağlı qalmaqallı araşdırma yenidən gündəmdə | Yeni iddialar səsləndirilir - Baku TV
- DTX-dən xüsusi əməliyyat | Bu şəxs illərdir fərqli ölkələrdə görün necə gizlənirmiş - Baku TV
- Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirildi - Baku TV
