Bakıda qətlə yetirilən direktor və ailəsinin fotoları
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 25 yaşlı oğlan balta ilə atasını, anasını, qardaşını, bacısını və onun 5 yaşlı qızını qətlə yetirib.
Baş Prokurorluqdan verilən məlumata görə, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası, 52 yaşlı Mehman Əhmədova, anası, 47 yaşlı Bikə Əhmədovaya və 9 yaşlı qardaşı Məhəmməd Əhmədova balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Xətai rayon prokurorluğunda cinayət işi üzrə aparılan istintaq tədbirləri ilə Əhməd Əhmədovun qeyd olunan cinayət əməlini törətməzdən əvvəl başqa bir ünvanda 26 yaşlı bacısı Elmira Əhmədova və onun azyaşlı qızını da qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Qətlə yetirilən Bikə Əhmədova Bakı şəhəri Xətai rayonunda yerləşən 59 nömrəli məktəbin direktoru idi.
Hadisəni törətməkdə şübhəli bilinən Əhməd Əhmədov 59, 191 və 272 saylı məktəblərdə təhsil alıb. O, bir müddət Rusiyada yaşayıb.
Qeyd edək ki, faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə maddələri ilə cinayət işi başlanıb. Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
#Xətai rayonu teqi istifadə olunub
- Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT
- Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
