Bakıda qeyri-adi oğurluq | Hadisə anı kameralara düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Xətai rayonunun Sarayevo küçəsindən paytaxt sakini olan bir nəfərin “Mercedes” markalı avtomobili qaçırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətmiş əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Şakir İbrahimov avtomobillə birgə saxlanılıb.
Qeyd edək ki, avtomobilin sahibi maşının salonunu sərin olması üçün kondisioneri işlək vəziyyətdə saxlayıb. Sahibinin nəqliyyat vasitəsini tərk edən zaman qapıların açıq qaldığını müşahidə edən Ş.İbrahimov avtomobili qaçıraraq həmin ünvandan uzaqlaşıb.
İdarə əməkdaşlarının həyata keçirdikləri daha bir tədbir zamanı rayon ərazisində evlərdən birinə açıq qalmış pəncərədən daxil olaraq mənzil sahibinə qarşı soyğunçuluq edən 1998-ci il təvəllüdlü İsa Nəsirov saxlanılıb.
O, hadisə zamanı zərərçəkənin pulunu və bank kartını ələ keçirib. Hər iki faktla bağlı araşdırmalar davam etdirilir. Ş.İbrahimov və İ.Nəsirovun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.
#Xətai rayonu teqi istifadə olunub
- Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT
- Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
