Pleyeri seçin:
Bakının Xəzər rayonunda narkopriton aşkarlandı | Saxlanılanlar var
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin istifadəsinə şərait yaradan ev sahibi Hikmət Aslanov və həmin ünvanda narkotik vasitələr qəbul edən daha 12 nəfər saxlanılıb.
Qeyd edilən məkana baxış zamanı müxtəlif növ narkotik və psixotrop maddə və onların prekursorları aşkarlanaraq götürülüb.
Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Kopyalandı
#Xəzər rayonu teqi istifadə olunub
- “Bu su ilə çiməndə daha da kirlənirsən” | Əhali şikayətləndi | “Cavan qızların beli sınır” - Baku TV
- Faktla bağlı araşdırma aparılır
- “Gecələr gizləndikləri yerdən çıxıb...” | Əqrəb sancan zaman ilk nələr edilməlidir? - Baku TV
- Əqrəblər Bakıda 2 nəfəri xəstəxanalıq etdi: Mütəxəssislərdən təcili xəbərdarlıq - Baku TV CANLI
- Münasibəti bərpa etmək istəmədi, canından oldu | Xəzər rayonunda dəhşətli qətl - Baku TV
