Pleyeri seçin:

Bərdə və Ağdamda silah alveri edən şəxslər həbs olundu - Baku TV

25 dekabr 2025 645 baxış

Bərdə və Ağdamda silah alveri edən cinayətkar dəstənin üzvləri ifşa edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, bir qrup şəxsin Bərdə və Ağdam rayonları ərazilərində odlu silah-sursat satışı həyata keçirməsi ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbirləri həyata keçirilib.

Polisə Ağdam rayon sakinləri – əvvəllər məhkum olunmuş, 34 yaşlı Ağasif Abdullayev, tanışı, 36 yaşlı Şünasib Hüseynov, 24 yaşlı Cavid Quliyev və Bərdə rayon sakini, 29 yaşlı Vüsalə Həsənova ilə qabaqcadan əlbir olaraq qrup şəklində birləşərək dekabr ayı ərazində qanunsuz olaraq odlu silah və onun kompleks hissələrinin satışını təşkil etdikləri barədə əməliyyat məlumatları daxil olub.

Dekabr ayının 23-də qrup üzvləri – A.Abdullayev, Ş.Hüseynov və V.Həsənova növbəti dəfə odlu silah-sursat satmaq istəyən zaman Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim ediliblər. Onlardan ümumilikdə 2 ədəd "Kalaşnikov" avtomatı, 1 ədəd "Makarov" tapançası, 6 ədəd patron darağı və 168 ədəd patron aşkarlanıb.

Tədbirin davamı olaraq həmin odlu silah-sursatları qanunsuz olaraq əldə edib saxlayan və satmaq məqsədilə dəstə üzvlərinə təqdim edən qrupun digər üzvü C.Quliyev də Zəngilan rayonu ərazisində saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə gətirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qrup üzvlərinin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 645 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 645 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 645 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 645 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 645 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 645 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 645 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 645 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 645 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 645 baxış
Seçilmişlər
icon