Binədə dönərdən zəhərlənən şagirdlərin son durumu
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 24-də Bakının Binə qəsəbəsində qidadan zəhərlənən şagirdlərin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub:
“Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 21 uşaq hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Bir uşaq ailəsinin iltizamnaməsi ilə ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda hər birinin vəziyyəti stabildir”.
Qeyd edək ki, uşaqların səhhəti Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.
#Binə qəsəbəsi teqi istifadə olunub
- “Bu su ilə çiməndə daha da kirlənirsən” | Əhali şikayətləndi | “Cavan qızların beli sınır” - Baku TV
- Binədəki qətl hadisəsi ilə bağlı təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV
- Münasibəti bərpa etmək istəmədi, canından oldu | Xəzər rayonunda dəhşətli qətl - Baku TV
- Meşə fonduna aid torpaqlar hasarlanıb? | Ərazidə nə baş verir? - Baku TV
- Son dəqiqə | Bakıda baş verən dəhşətli avtobus qəzası barədə detallar - Baku TV
