Binədə təbii ehtiyacları üçün qazdığı quyu son mənzili oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində partlayış baş verib.
Hadisə ilə bağlı bildirilib ki, 41 yaşlı Şahid Mehrəliyev mərkəzi kanalizasiya sistemi olmadığından həyətyanı sahədə təbii ehtiyaclar üçün qazılan quyuda iş görən zaman partlayış olub. Nəticədə Şahid Mehrəliyev ayaq sümüklərinin sınığı, açıq kəllə beyin travması və üz yanığı xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Ərazidə “Azəriqaz”a məxsus kəmərin partlaması iddialarına aydınlıq gətirilib.
“Hadisənin baş verdiyi ərazidə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinə aid olan yeraltı qaz kəməri olmayıb. Sözügedən ərazidə qaz kəməri olmadığından burada hansısa sızma nəticəsində partlayış baş verməsi ehtimal edilmir. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır. Hadisənin başvermə səbəbi araşdırmadan sonra məlum olacaq”, – qurumdan bildirilib.
#Binə qəsəbəsi teqi istifadə olunub
- “Bu su ilə çiməndə daha da kirlənirsən” | Əhali şikayətləndi | “Cavan qızların beli sınır” - Baku TV
- Binədəki qətl hadisəsi ilə bağlı təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV
- Münasibəti bərpa etmək istəmədi, canından oldu | Xəzər rayonunda dəhşətli qətl - Baku TV
- Meşə fonduna aid torpaqlar hasarlanıb? | Ərazidə nə baş verir? - Baku TV
- Son dəqiqə | Bakıda baş verən dəhşətli avtobus qəzası barədə detallar - Baku TV
