Binəqədidəki partlayışla bağlı təcili məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Mebel sexində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə açıqlamasında bildirilir.
Məlumata görə, yanvarın 15-də paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində partlayış baş verməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub.
İlkin araşdırmalar zamanı dağıntılar altından 3 nəfərin meyiti aşkarlanıb. Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 6 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir.
Qeyd olunub ki, xəsarət alan şəxslərdən 3 nəfər FHN-in əməkdaşları tərəfindən axtarış-xilasetmə işləri zamanı dağıntılar altından sağ çıxarılıb. Faktla bağlı Cinayət Məcəlləsinin yanğın təhlükəsizliyi qaydalarını pozma –ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda və səhlənkarlıq – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda maddələri ilə cinayət işi başlanıb. Baş prokurorun müvafiq qərarına əsasən, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub.
Partlayışın səbəbinin, dəymiş ziyanın həcminin, həmçinin iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin edilib. Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
#Binəqədi teqi istifadə olunub
- Daha bir tikinti şirkətindən şikayət | “Xəmsə Palace-2021” ofisində qalmaqal - Baku TV
- Vətəndaşlar şikayət edir | Tikinti şirkəti niyə narazılığa səbəb oldu? - Baku TV CANLI
- “Xəmsə Palace-2021” vətəndaşların başına oyun açıb? - "2 il əvvəl veriləcəkdi, amma..." - Baku TV
- Tikinti və təmir vədi ilə bağlı milyonluq işdə şirkət rəhbəri saxlanıldı - 24 SAAT
- Sakinlər öz evlərindən çıxarılır? | Qardaşoğlu əmisinin evini əlindən alır? - Baku TV
