Bu sexdə çoxsaylı nöqsanlar aşkarlandı
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən oksigen balonlarının doldurulması sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun quraşdırılmadığı, obyektin ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilmədiyi, elektrik təsərrüfatının "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmadığı, obyektdə "Yanğın təhlükəsizliyi Qaydaları"nın tələblərinə zidd olaraq sıxılmış və mayeləşdirilmiş qazla dolu oksigen balonlarının saxlanıldığı, obyektin ərazisinin quru ot və kol-kosdan təmizlənmədiyi aşkarlanıb.
Müəyyən olunub ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Bu səbəbdən sexin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
#Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- Sürücülərin nəzərinə | Yola çıxan zaman bunları mütləq nəzərə alın - Baku TV CANLI
- Qorxunc hadisənin yaşandığı evdən anbaan görüntülər | Ucarda ev külə döndü - Baku TV
- Yanğınlara qarşı yeni texnika | SOCAR və FHN-dən əməkdaşlıq - Baku TV
- Kürdəmirdə 7 otaqlı ev yanaraq külə döndü - Baku TV
- Keçmiş məcburi köçkünlərin yaşadığı binada qorxulu anlar | Mingəçevir - Baku TV
