Yanğınlara qarşı yeni texnika | SOCAR və FHN-dən əməkdaşlıq - Baku TV
SOCAR ilə Fövqəladə Hallar Nazirliyi (FHN) arasında əməkdaşlıq çərçivəsində 4 ədəd yeni yanğınsöndürən avtomobil alınıb.
Müasir tələblərə cavab verən yeni yanğınsöndürən avtomobillər SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Neft və qazçıxarma idarələrinə təhvil verilib.
Yeni texnikaların istifadəyə verilməsi neft-qazçıxarma müəssisələrində yanğın təhlükəsizliyinin daha da gücləndirilməsinə, mümkün fövqəladə hallara operativ və effektiv müdaxilə imkanlarının artırılmasına, insanların həyat və sağlamlığının, eləcə də istehsalat obyektlərinin qorunmasına xidmət edir.
SOCAR və FHN arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər gələcəkdə də istehsalat obyektlərində yanğın təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına, texniki və maddi-texniki imkanların gücləndirilməsinə yönəldiləcək.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR və TPAO arasında yeni mərhələ | Alparslan Bayraktardan açıqlama - Baku TV
- Alparslan Bayraktar SOCAR-ın fəaliyyətindən danışdı - Baku TV
- Çin şirkətləri SOCAR-la hansı layihələri müzakirə etdi? - Baku TV
- SOCAR neft sızıntılarının qarşısının alınması üçün hansı tədbirləri görəcək? - Baku TV
- SOCAR-da regional tərəfdaşların marağına səbəb olan yenilik - Baku TV
