Pleyeri seçin:
Çoxmərtəbəli binada yanğın baş verdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib.
FHN mətbuat xidmətindən verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğının yaşayış binasının yeddinci mərtəbəsində yerləşən ikiotaqlı mənzilin mətbəxində baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.
Xüsusi təyinatlı texnikaların, o cümlədən avtonərdivanın operativ tətbiqi ilə yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.
Yanğın zamanı mənzildə təhlükəli vəziyyətdə qalmış 23 yaşlı qadın avtonərdivan vasitəsilə xilas olunub.
Kopyalandı
#Xətai rayonu teqi istifadə olunub
- Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT
- Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
