DSX-dən təcili məlumat | Sahildən görün nə keçirmək istədilər
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmazda Xəzər dənizinin sahilində külli miqdarda narkotik aşkarlanıb.
Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, Sahil Mühafizəsinin bölmələri və Dövlət Sərhədinin Mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayonunun Niyazabad kəndində yerləşən sahil nəzarəti bölməsinin xidməti ərazisində ümumi çəkisi 205 kiloqram 135 qram müxtəlif çeşidli narkotik vasitə və 13 110 ədəd narkotik tərkibli metadon həbi aşkar edilərək götürülüb.
Narkotik vasitələrin ölkə ərazisinə gətirilməsində şübhəli bilinən üç nəfər Azərbaycan vətəndaşı sahilboyu ərazidə saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
#Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti teqi istifadə olunub
- Dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınıb - ANA XƏBƏR
- DSX əməliyyat keçirdi | Qaçaqmalçılığın qarşısı alındı - Baku TV CANLI
- Dövlət Sərhəd Xidməti İranla sərhəddə təcili əməliyyat keçirdi - Baku TV CANLI
- İlham Əliyev DSX-nin bir sıra hərbi qulluqçularını təltif etdi - Baku TV
- DSX məlumat yaydı: Hava sərhədini pozan PUA məhv edildi - ANA XƏBƏR
