DSX-dən Xəzərdə təcili əməliyyat | Nələr ortaya çıxdı?
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Komandanlığının bölmələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda narkotikin Xəzər dənizi ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında rejim qaydalarını pozan üzmə vasitəsinin axtarışı ilə bağlı sərhəd gəmiləri və sahil nəzarəti bölmələri tərəfindən aparılan tədbirlər nəticəsində dənizdə 13 ədəd şübhəli bağlama müəyyən edilib.
Bağlamalara baxış zamanı ümumi çəkisi 23 kiloqram 745 qram marixuana və tiryək, eləcə də 500 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
#Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti teqi istifadə olunub
- Dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınıb - ANA XƏBƏR
- DSX əməliyyat keçirdi | Qaçaqmalçılığın qarşısı alındı - Baku TV CANLI
- Dövlət Sərhəd Xidməti İranla sərhəddə təcili əməliyyat keçirdi - Baku TV CANLI
- İlham Əliyev DSX-nin bir sıra hərbi qulluqçularını təltif etdi - Baku TV
- DSX məlumat yaydı: Hava sərhədini pozan PUA məhv edildi - ANA XƏBƏR
