Pleyeri seçin:

Əlindən tutdum ki, çıxarım, qabağımı kəsdilər... | “OBA” marketdə kimi girov götürüblər?

24 yanvar 2025 580 baxış

Paytaxtın Sabunçu rayonunda “OBA” marketlər şəbəkəsinin filiallarının birində 9-cu sinif şagirdi oğurluq etdiyi üçün mağaza müdiri tərəfindən girov götürülüb.

Valideyn iddia edir ki, dəymiş ziyan ödənilənə qədər mağaza müdiri yeniyetməni marketdə saxlayıb. Əlavə olaraq məktəblinin 11-ci sinifdə oxuyan qardaşının şəxsiyyət vəsiqəsini və telefonunu da girov götürüb.

Məsələyə adıçəkilən marketin açıqlaması belə olub:

“Təəssüf ki, son hadisədə adı açıqlanmayan yetkinlik yaşına çatmamış müştəri kassadan keçmədən fərqli tarixlərdə müxtəlif çeşidli məhsulları gündəlik ehtiyacdan artıq miqdarda oğurlayıb. İlk olaraq müştərinin böyük qardaşı gəlib və valideyn gələnə qədər onunla birlikdə mağazada gözləyiblər. Valideyn mağazaya yaxınlaşdıqda videogörüntüləri izləyib.

Əməkdaşımız hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirəndə xanım ailə vəziyyətini açıqlayaraq övladının yetkinlik yaşına çatmadığını nəzərə alaraq məsələni qarşılıqlı razılaşma ilə həll etməyi xahiş edib. Valideyn kifayət qədər vəsaiti olmadığını əsas gətirərək könüllü şəkildə şəxsiyyət vəsiqəsini və mobil telefonunu girov qoyub, dəyən zərərin yalnız 150 AZN-lik hissəsini ödəməyi təklif edib”.

Mağaza müdiri ananın polisə müraciət etməməsinin səbəbini belə izah edib:

“Düşündüm ki, uşaq qorxub qaçar və özünə hər hansı zərər yetirə bilər. Bu səbəbdən uşağın böyük qardaşı ilə birgə ananın gəlməsini gözlədik. Təəssüf ki, mən bu hadisədə özümü yox, qarşı tərəfi daha çox düşünərək haqlı ikən haqsız vəziyyətə düşdüm. Bu hadisədə kiminsə girov götürülməsindən qətiyyən söhbət gedə bilməz”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, yayılan iddialarla bağlı müvafiq araşdırma aparılır.

Banner
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 580 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 580 baxış
Qazaxda 36 yaşlı kişi evdəki partlayışın qurbanı oldu - Baku TV

Qazaxda 36 yaşlı kişi evdəki partlayışın qurbanı oldu - Baku TV

Hadisə
27 oktyabr 2026 580 baxış
Evdə güclü partlayış | Qazaxdakı dəhşətə gətirən hadisənin detalları - Baku TV CANLI

Evdə güclü partlayış | Qazaxdakı dəhşətə gətirən hadisənin detalları - Baku TV CANLI

Hadisə
27 oktyabr 2026 580 baxış
“Səhərə kimi yata bilmirik...” | Sakinlər qorxu içində bu binada yaşayır - Baku TV

“Səhərə kimi yata bilmirik...” | Sakinlər qorxu içində bu binada yaşayır - Baku TV

Hadisə
27 oktyabr 2026 580 baxış
Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV

Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV

Hadisə
27 oktyabr 2026 580 baxış
Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT

Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT

Hadisə
26 oktyabr 2026 580 baxış
Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV

Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV

Hadisə
26 oktyabr 2026 580 baxış
Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI

Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI

Hadisə
26 oktyabr 2026 580 baxış
Goranboyda faciə: Elektrik dirəyi 35 yaşlı qadının üzərinə aşıb - Baku TV

Goranboyda faciə: Elektrik dirəyi 35 yaşlı qadının üzərinə aşıb - Baku TV

Hadisə
26 oktyabr 2026 580 baxış
Seçilmişlər
icon