Pleyeri seçin:

“OBA” marketdə qan tökən oğlan məhkəmədə nə xahiş etdi? | Qətlin detalları

07 aprel 2025 862 baxış

Bakının Sabunçu rayonunda qətl hadisəsi törətməkdə ittiham olunan yetkinlik yaşına çatmayan Elcan Süleymanovun cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə təşkil olunan prosesdə təqsirləndirilən Elcan Süleymanov sərbəst ifadə verib.

O, ifadəsində törətdiyi əməldən peşman olduğunu bildirərək hadisə zamanı içkili olduğunu və zərərçəkən şəxsin yaxınlarından onu bağışlamalarını xahiş edib.

Sonra zərərçəkən şəxsin hüquqi varisi təqsirləndirilən şəxsi bağışlamadığını və ondan şikayətçi olduğunu bildirib. Hər iki tərəfin ifadəsi dinlənildikdən sonra növbəti məhkəmə baxış iclasının vaxtı dəqiqləşdirilib. İş üzrə növbəti məhkəmə iclası aprelin 21-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 2-də paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində fəaliyyət göstərən “Oba” marketdə qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Elcan Süleymanov orada satıcı işləyən 2004-cü il təvəllüdlü Xəyal Nağıyevə aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirib. Sonuncu aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.

Saxlanılan Elcan Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Banner
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 862 baxış
Qazaxda 36 yaşlı kişi evdəki partlayışın qurbanı oldu - Baku TV

Qazaxda 36 yaşlı kişi evdəki partlayışın qurbanı oldu - Baku TV

Hadisə
27 oktyabr 2026 862 baxış
Evdə güclü partlayış | Qazaxdakı dəhşətə gətirən hadisənin detalları - Baku TV CANLI

Evdə güclü partlayış | Qazaxdakı dəhşətə gətirən hadisənin detalları - Baku TV CANLI

Hadisə
27 oktyabr 2026 862 baxış
“Səhərə kimi yata bilmirik...” | Sakinlər qorxu içində bu binada yaşayır - Baku TV

“Səhərə kimi yata bilmirik...” | Sakinlər qorxu içində bu binada yaşayır - Baku TV

Hadisə
27 oktyabr 2026 862 baxış
Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV

Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV

Hadisə
27 oktyabr 2026 862 baxış
Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT

Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT

Hadisə
26 oktyabr 2026 862 baxış
Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV

Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV

Hadisə
26 oktyabr 2026 862 baxış
Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI

Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI

Hadisə
26 oktyabr 2026 862 baxış
Goranboyda faciə: Elektrik dirəyi 35 yaşlı qadının üzərinə aşıb - Baku TV

Goranboyda faciə: Elektrik dirəyi 35 yaşlı qadının üzərinə aşıb - Baku TV

Hadisə
26 oktyabr 2026 862 baxış
Goranboyda elektrik dirəyinin aşması faciəyə səbəb olub - ƏSAS XƏBƏR

Goranboyda elektrik dirəyinin aşması faciəyə səbəb olub - ƏSAS XƏBƏR

Hadisə
26 oktyabr 2026 862 baxış
Seçilmişlər
icon