Pleyeri seçin:

Əllərindəkindən qurtulmaq üçün görün nə etdilər | DSX-dən dənizdə əməliyyat

04 sentyabr 2025 558 baxış

Dövlət sərhədini pozmaqla Xəzər dənizindən Azərbaycan ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrupun üzvləri saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun birgə məlumatında bildirilib.

Belə ki, sentyabr ayının 4-də Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında – Neftçala rayonu istiqamətində sürətlə hərəkət edən naməlum üzmə vasitəsi müşahidə olunub. Sərhəd gəmiləri tərəfindən dərhal təqibetmə əməliyyatı həyata keçirilərək sahil xəttinin qapadılması üzrə zəruri tədbirlər görülüb.

Keçirilən əməliyyat-axtarış və təqibetmə tədbirləri zamanı sərhəd gəmisinin işıq və səs siqnallarından istifadə edilməklə “Dayan” komandası verilərək xəbərdarlıq atəşi açılsa da, sərhəd pozucuları Azərbaycanın ərazi sularını tərk etməyə cəhd göstərdiyindən onların saxlanılması məqsədilə üzmə vasitəsinin mühərrik hissəsi hədəfə alınmaqla atəş açılıb.

Üzmə vasitəsində baş vermiş yanğın səbəbi ilə hər iki şəxs bağlamalarla birlikdə özlərini dənizə atsa da, keçirilən xilasetmə tədbirləri nəticəsində sərhəd pozucuları sudan çıxarılaraq yaralıya ilkin tibbi yardım göstərilib. “Yamaha-200” markalı “Layner” tipli üzmə vasitəsində baş vermiş yanğın söndürülüb, dənizə atılan bağlamada isə ümumi çəkisi 11 kiloqram 850 qram narkotik vasitə aşkarlanaraq götürülüb.

İlkin araşdırma nəticəsində sərhəd pozucularının İran vətəndaşları – 1994-cü il təvəllüdlü Qulreza Cavad Alireza və 1996-cı il təvəllüdlü Bordbar Milad Mansur olduqları müəyyən edilib.

Fakt üzrə Dövlət Sərhəd Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Baş Prokurorluqla birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

“Çox qeyrətli qadın idi” | 91 yaşlı Qərənfil nənə faciəvi şəkildə həyatını itirdi - Baku TV

“Çox qeyrətli qadın idi” | 91 yaşlı Qərənfil nənə faciəvi şəkildə həyatını itirdi - Baku TV

Hadisə
17 sentyabr 2026 558 baxış
"Dedim ki, nə bozarırsan üstümə?" | Maştağada dəhşətli hadisə | "Atasız qaldı, əsəbidir" - Baku TV

"Dedim ki, nə bozarırsan üstümə?" | Maştağada dəhşətli hadisə | "Atasız qaldı, əsəbidir" - Baku TV

Hadisə
17 sentyabr 2026 558 baxış
Maştağada yaşanan qanlı hadisə barədə təfərrüatlar - Baku TV CANLI

Maştağada yaşanan qanlı hadisə barədə təfərrüatlar - Baku TV CANLI

Hadisə
17 sentyabr 2026 558 baxış
Qorxunc hadisənin yaşandığı evdən anbaan görüntülər | Ucarda ev külə döndü - Baku TV

Qorxunc hadisənin yaşandığı evdən anbaan görüntülər | Ucarda ev külə döndü - Baku TV

Hadisə
17 sentyabr 2026 558 baxış
“Mənim evimə əxlaqsızı gətirmə!” | Şəmkirdə şok hadisə: “Vurub dedi ki, səni öldürəcəyəm!” - Baku TV

“Mənim evimə əxlaqsızı gətirmə!” | Şəmkirdə şok hadisə: “Vurub dedi ki, səni öldürəcəyəm!” - Baku TV

Hadisə
17 sentyabr 2026 558 baxış
Maştağada qandonduran hadisə | Özündən çıxan 21 yaşlı oğlan görün nə etdi - Baku TV

Maştağada qandonduran hadisə | Özündən çıxan 21 yaşlı oğlan görün nə etdi - Baku TV

Hadisə
17 sentyabr 2026 558 baxış
Xırdalanda baş verən faciəvi hadisə barədə detallar - Baku TV CANLI

Xırdalanda baş verən faciəvi hadisə barədə detallar - Baku TV CANLI

Hadisə
17 sentyabr 2026 558 baxış
Şəmkirdə dəhşətli hadisə: Valideynini təhdid edən oğul evi yandırdı? - Baku TV CANLI

Şəmkirdə dəhşətli hadisə: Valideynini təhdid edən oğul evi yandırdı? - Baku TV CANLI

Hadisə
17 sentyabr 2026 558 baxış
Ələt-Astara yolunda faciə: Yük maşını mikroavtobusla toqquşdu - Baku TV CANLI

Ələt-Astara yolunda faciə: Yük maşını mikroavtobusla toqquşdu - Baku TV CANLI

Hadisə
17 sentyabr 2026 558 baxış
Lənkəranda faciəvi qəza | Mikroavtobus yük avtomobili ilə toqquşdu - Baku TV

Lənkəranda faciəvi qəza | Mikroavtobus yük avtomobili ilə toqquşdu - Baku TV

Hadisə
17 sentyabr 2026 558 baxış
Seçilmişlər
icon