Pleyeri seçin:

Endirimli məhsul və kredit vədləri ilə qurulan tələ ifşa olundu - Baku TV

30 iyul 2026 184 baxış

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) müxtəlif alış-veriş platformaları, həmçinin bank və bank olmayan kredit təşkilatlarına məxsus internet səhifələrini təqlid edən saxta fişinq saytlar yaradaraq vətəndaşların kart məlumatlarını ələ keçirən daha iki şəxsi saxlayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Kiberpolisin keçirdiyi əməliyyat-axtarış və texniki tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Məhəmməd İbadov və Hüseyn Kazımov məsuliyyətə cəlb ediliblər.

Araşdırmalarla müəyyən edilib ki, H.Kazımov və M.İbadov "Telegram" platformasında kompüter, noutbuk və mobil telefonların guya böyük endirimlərlə satıldığı, eləcə də sərfəli şərtlərlə kreditlərin təqdim edildiyi barədə saxta elanlar yerləşdiriblər.

Onlar hazırladıqları saxta elanların daha çox istifadəçiyə çatdırılması məqsədilə ödənişli internet reklamlarından istifadə ediblər.

Elanlara daxil olan vətəndaşlar endirimli xidmətlərdən yararlanacaqlarını düşünərək saxta səhifələrdə bank kartı məlumatlarını daxil etdikdən sonra bu informasiyalar dərhal şübhəli şəxslərin əlinə keçib.

Bununla da kiberdələduzlar həmin kart məlumatlarından istifadə etməklə zərərçəkmişlərin hesablarında olan pul vəsaitlərini oğurlayıblar. Onlar ifşa olunmamaq üçün vəsaitləri müxtəlif mərc oyunları platformalarına və ya faktiki olaraq nəzarətlərində olan kartlara köçürüblər.

H.Kazımov və M.İbadovun bu üsulla yüzlərlə vətəndaşa maddi ziyan vurduqları müəyyən edilib. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onların törətdikləri əlavə analoji faktların, eləcə də cinayət sxemində iştirak etmiş digər şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir.

Badamdarda baş verən partlayışın səbəbi bilindi - Baku TV

Badamdarda baş verən partlayışın səbəbi bilindi - Baku TV

Hadisə
16 sentyabr 2026 184 baxış
"Əli yox kimi idi, qarnı, başı..." | Qumbaranı ölən idmançı qızın qardaşı evdə gizlədibmiş - Baku TV

"Əli yox kimi idi, qarnı, başı..." | Qumbaranı ölən idmançı qızın qardaşı evdə gizlədibmiş - Baku TV

Hadisə
16 sentyabr 2026 184 baxış
Torpaq sürüşməsi Qubada yolun bir neçə hissəsində hərəkəti məhdudlaşdırdı - Baku TV

Torpaq sürüşməsi Qubada yolun bir neçə hissəsində hərəkəti məhdudlaşdırdı - Baku TV

Hadisə
15 sentyabr 2026 184 baxış
Türkiyə mediasında yayılan məlumata DİN-dən rəsmi açıqlama - Baku TV

Türkiyə mediasında yayılan məlumata DİN-dən rəsmi açıqlama - Baku TV

Hadisə
15 sentyabr 2026 184 baxış
Xırdalandakı dəhşətli hadisənin detalları | Gənc qız nəyin qurbanı oldu? - Baku TV CANLI

Xırdalandakı dəhşətli hadisənin detalları | Gənc qız nəyin qurbanı oldu? - Baku TV CANLI

Hadisə
15 sentyabr 2026 184 baxış
"Qız ölüb, oğlunu da aparıblar" | Xırdalanda müəmmalı ölüm | Qonşu hadisəni danışdı - Baku TV

"Qız ölüb, oğlunu da aparıblar" | Xırdalanda müəmmalı ölüm | Qonşu hadisəni danışdı - Baku TV

Hadisə
15 sentyabr 2026 184 baxış
DTX tərəfindən saxlanılan Məqsəd Bağırov və Kamran Bilalov nədə ittiham olunur? - Baku TV

DTX tərəfindən saxlanılan Məqsəd Bağırov və Kamran Bilalov nədə ittiham olunur? - Baku TV

Hadisə
15 sentyabr 2026 184 baxış
23 yaşlı tələbənin qətlində ittiham onunan şəxsin məhkəməsi keçirildi - Baku TV

23 yaşlı tələbənin qətlində ittiham onunan şəxsin məhkəməsi keçirildi - Baku TV

Hadisə
15 sentyabr 2026 184 baxış
Kürdəmirdə 7 otaqlı ev yanaraq külə döndü - Baku TV

Kürdəmirdə 7 otaqlı ev yanaraq külə döndü - Baku TV

Hadisə
15 sentyabr 2026 184 baxış
DSX əməliyyat keçirdi | Qaçaqmalçılığın qarşısı alındı - Baku TV CANLI

DSX əməliyyat keçirdi | Qaçaqmalçılığın qarşısı alındı - Baku TV CANLI

Hadisə
14 sentyabr 2026 184 baxış
Seçilmişlər
icon