Pleyeri seçin:

Ərinin arxasınca narkomanlarla görüşə gedən gəlinin faciəsi - SONUNCU ŞAHİD

13 dekabr 2024 642 baxış

Narkotikə görə qardaşının canına qıydı.

Fərid (şərti ad) uzun müddət idi ki, narkotik aludəçisi idi. O, vaxtaşırı qardaşının hesabına müalicə alırdı və elə buna görə də hamı inanırdı ki, Fərid sağalacaq. Amma o, evdəki əşyaları satıb narkotik almağa başlamışdı.

Fərid yaşadığı mənzildə narkotikdən istifadə etməyə başlayır və bütün bunları həyat yoldaşı Yeganənin (şərti ad) gözü qarşısında edirdi.

Növbəti gün səhər yeməyi hazırlamaq istəyən Yeganə soyuducunu açır və içini boş görür. Fəridi oyadır və evdə heç bir ərzağın olmadığını deyir. Fərid əsəbi halda onu təhqir edir, itələyir, “get, iş axtar, pul qazan” deyir.

Yeganə ağlamaqla çarə tapmağın mümkün olmadığını anlayır və Fəridin qardaşı İkramla (şərti ad) görüşmək qərarına gəlir. Yeganə İkrama “Fəridin artıq geri dönüşü yoxdur, vəziyyət çox pisdir, sən onunla mütləq görüşməlisən” deyir.

İkram Yeganə ilə birlikdə Fəridin yanına gəlir. İçəri daxil olan kimi Fərid qardaşı ilə heç nə olmamış kimi davranır. İkram ondan nə baş verdiyini soruşanda Yeganə pula ehtiyacı olduğunu deyir. İkram da bir daha onlara əl tutmağa söz verir. Cibindən pul çıxarıb Fəridə uzadır. Sonra ona bu halın bir daha təkrarlanmamağını tapşırır və işinə qayıtması üçün müdirlə danışacağına söz verir.

Növbəti gün Fərid evdən işə getmək bəhanəsi ilə çıxır. Nə edəcəyinə qərar verə bilmir və evə qayıdır. Elə bu vaxt narkotik satıcısına zəng edir. O, narkotikə ehtiyacı olduğunu bildirir. Sonra pul almaq üçün həyat yoldaşına hücum edir.

Yeganə İkramın iş yerinə gedir. O, İkrama Fəridi təcili narkotikdən xilas etməli olduğunu deyir. İkramla Yeganə birlikdə Fəridin həmişə narkotik almağa getdiyi yerə yollanırlar.

Onlar Fəridi pusquya salır və onun keçdiyi küçələrlə addımlayırlar. Bundan xəbərsiz Fərid təyin olunmuş görüş yerinə gəlib narkotik alverçisini gözləyir.

Yeganə və İkram gəlib onu tapırlar. Amma İkramın israr etməsinə baxmayaraq, Fərid “məni narkotikdən heç kim ayıra bilməz” deyir. Bu zaman aralarında mübahisə yaranır və daha sonra Fərid üzərində əvvəldən saxladığı bıçaqla doğma qardaşının ürək nahiyəsinə ard-arda zərbələr endirir və hadisə yerindən qaçaraq uzaqlaşır.

Daha sonra Yeganənin səsinə ətrafdan keçən insanlar toplaşırlar. Oraya həm təcili tibbi yardım, həm də polis əməkdaşları çağırılır. İkram xəstəxanada həyatını itirir. Fərid isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilir. 

Banner
İrandan göndərilən dron Biləsuvarda saxlanıldı - ƏSAS XƏBƏR

İrandan göndərilən dron Biləsuvarda saxlanıldı - ƏSAS XƏBƏR

Hadisə
05 noyabr 2026 642 baxış
Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Hadisə
05 noyabr 2026 642 baxış
Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Hadisə
05 noyabr 2026 642 baxış
Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Hadisə
05 noyabr 2026 642 baxış
Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV

Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV

Hadisə
05 noyabr 2026 642 baxış
“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

Hadisə
04 noyabr 2026 642 baxış
Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 642 baxış
ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

Hadisə
04 noyabr 2026 642 baxış
Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 642 baxış
Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Hadisə
04 noyabr 2026 642 baxış
Seçilmişlər
icon