Pleyeri seçin:

Narkoman kişi əmi dediyi adama görə arvadının qatili oldu - SONUNCU ŞAHİD

30 avqust 2024 723 baxış

Narkotikə görə həyat yoldaşının həyatına son qoydu.

Bakı şəhər sakinləri Elgiz Nəbiyev (şərti ad və soyad) və Həmidə Vəliyeva (şərti ad və soyad) qohum olublar və sonradan nikah bağlayıblar. Elgiz ailə qurduqdan sonra narkotik aludəçisi olduğunu etiraf edib, ailəsinin və özünün xahişi ilə müalicə müəssisəsinə yerləşdirilib.

Elgiz 6 aydır narkotik vasitələrin təsirindən canını qurtarmaq üçün yatdığı müəssisədən evə buraxılmışdı. Onu müəssisənin qarşısında həyat yoldaşı Həmidə qarşılayır və Elgiz deyir ki, artıq bundan sonra hər şey yaxşı olacaq.

Günlər keçir, Elgiz hər axşam həyat yoldaşını işdən qarşılayır, gəzişir və evinə qayıdır. O bu həyata daha çox bağlı olduğunu desə də, işsiz qaldığından narahatlığını bildirir. Həmidə ona təsəlli verməyə çalışır və yeni başlanğıca inanır.

Növbəti gün Elgiz yolda Pənahla (şərti ad) rastlaşır. Bu, vaxtilə ona narkotik satan adam idi. Pənah onu görən kimi “Əmi sənə nə qulluq etsin?” deyir. Elgiz ona fikir vermədən yoluna davam edir.

O, küçə-küçə gəzib, müxtəlif yerlərdə iş axtarır, amma heç kim onu axtardığı işə uyğun görmür. Günün sonunda çarəsiz Elgiz bu çətinlik içində nə edəcəyini düşünür. Elgiz artıq hər şeydən bezərək depressiyaya düşməyə başlayır. Həmidənin onunla bacardığı qədər yaxşı davranmasının da artıq mənası yox idi.

Beləliklə, həmin gün o, Həmidənin iş yerinə gedir. Həmidəyə yalan danışaraq pulunu götürür və lazım olan adamın yanına qaçır. Elgiz Pənahla görüşür, ona pul verib əvəzində narkotik vasitə götürür. Pənah isə ona deyir ki, əgər hər nəsə lazım olarsa, “əmi həmişə qulluğundadır”. Elgiz narkotik aldıqdan sonra yaşadığı mənzilə gəlir. Beləliklə, o, yenidən narkotiklərin toruna düşür. Həmidə işdən qayıdanda onun çaşqın olduğunu görüb hər şeyi başa düşür.

Elgiz Pənahdan yenidən narkotik istəyəndə Pənah ona narkotiki pulsuz və ya az pulla verməyin mümkün olmadığını deyib. Elgiz əvvəlcə Həmidədən narkotik vasitə almaq üçün pul tələb edir. Amma Həmidə buna etirazını bildirəndə onların arasında mübahisə yaranır və bu mübahisə böyüyərək konfliktə çevrilir.

Daha sonra Elgiz evdəki küt alətlə onun baş nahiyəsinə zərbələr endirərək Həmidəni qətlə yetirir. O, cinayəti törətdikdən sonra hadisə yerindən qaçır. Sonra anlayır ki, bunun mütləq bir sonu olacaq, ona görə də ərazi üzrə Polis İdarəsinə gedərək könüllü təslim olur.

Banner
İrandan göndərilən dron Biləsuvarda saxlanıldı - ƏSAS XƏBƏR

İrandan göndərilən dron Biləsuvarda saxlanıldı - ƏSAS XƏBƏR

Hadisə
05 noyabr 2026 723 baxış
Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Hadisə
05 noyabr 2026 723 baxış
Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Hadisə
05 noyabr 2026 723 baxış
Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Hadisə
05 noyabr 2026 723 baxış
Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV

Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV

Hadisə
05 noyabr 2026 723 baxış
“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

Hadisə
04 noyabr 2026 723 baxış
Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 723 baxış
ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

Hadisə
04 noyabr 2026 723 baxış
Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 723 baxış
Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Hadisə
04 noyabr 2026 723 baxış
Seçilmişlər
icon