Pleyeri seçin:
Fermadakı yanğında 4 min cücə tələf oldu | Ucar
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ucarda cücə sexində yanğın olub.
Hadisə rayonun Cəfər Cabbarlı küçəsində qeydə alınıb.
Ümumi sahəsi 450 kvadratmetr olan cücə sexində güclü yanğın baş verib. Yanğın zamanı 210 kvadratmetr sahə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Hadisə nəticəsində 4000 cücə yanaraq tələf olub.
İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Ucar teqi istifadə olunub
- Ucarda fermerlər, şirkətlər və dövlət qurumlarının nümayəndələri görüşür - Baku TV
- Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir - Baku TV
- Bakıya gedən sərnişin avtobusu Ucarda yandı | Avtomobillərin hərəkəti məhdudlaşdırıldı - Baku TV
- Şəkidən Bakıya gedən sərnişin avtobusu Ucarda yandı - 24 SAAT
- Qorxunc hadisənin yaşandığı evdən anbaan görüntülər | Ucarda ev külə döndü - Baku TV
