Pleyeri seçin:
FHN avtomobilin mühərrikində əli qalan şəxsi belə xilas etdi
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, Ceyhun Musayev avtomobil təmiri zamanı əlinin şüşəsilənin mühərrikində sıxılıb qalması nəticəsində köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə C.Musayevin sıxılı vəziyyətdə qalmış əli mühərrikdən çıxarılaraq vətəndaşın xilas edilməsi təmin edilib.
Kopyalandı
#Abşeron teqi istifadə olunub
- Yaşayış binasında baş verən partlayışla bağlı araşdırma başlandı - Baku TV CANLI
- "Dava qızışıb, yeniyetmə də onları..." | Məmmədlidə qandonduran qətl hadisəsi - Baku TV
- Tədbirdə Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi anılıb - Baku TV
- "Mən bələdiyyə deyiləm" - Əhali boğaza yığıldı | "Ay qardaş, maşın dağıldı, yolu düzəldin" - Baku TV
- Köhnə avtomobilini yeniləmək istəyənlərin nəzərinə: 1050 manatlıq fürsət nədir? - Baku TV
