FHN-dən Ucardakı yanğın barədə təcili açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar rayonu, Təzə Şilyan kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən bildirilib ki, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir və Ucar Rayon Yanğından Mühafizə hissələrinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində kol-kos və qamışlıq sahədə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq, genişlənməsinə, o cümlədən ərazidə yerləşən kommunikasiya xətlərinə keçməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində 15 hektar sahədə kol-kos və qamışlıq yanıb.
Ətraf ərazilər və kommunikasiya xətləri yanğından mühafizə olunub.
#Ucar teqi istifadə olunub
- Ucarda fermerlər, şirkətlər və dövlət qurumlarının nümayəndələri görüşür - Baku TV
- Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir - Baku TV
- Bakıya gedən sərnişin avtobusu Ucarda yandı | Avtomobillərin hərəkəti məhdudlaşdırıldı - Baku TV
- Şəkidən Bakıya gedən sərnişin avtobusu Ucarda yandı - 24 SAAT
- Qorxunc hadisənin yaşandığı evdən anbaan görüntülər | Ucarda ev külə döndü - Baku TV
