FHN-dən Xətaidə yanğın yerindən ən son məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
“Bakının Xətai rayonunda yanğın zamanı neft sektoruna böyük təhlükə yaranıb”.
Bunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev jurnalistlərə açıqlamasında deyib.
“FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın barədə məlumat saat 21:31-də daxil olub. Saat 21:36-da ilkin yanğın bölmələri hadisə yerinə çatıb. Yanğın Neftayırma Zavodunun Yanğın hasarının yaxınlığında, təxminən 4 ədəd 5 min kubmetrlik neft çənlərinə yaxın ərazidə olub”, – R.Xudiyev qeyd edib.
“Küləyin sürəti yüksək olduğundan yanğın qısa zamanda böyük əraziyə yayılıb və neft sektoruna böyük təhlükə yaranıb. Bununla əlaqədar olaraq yanğın yerində yüksək çağırış elan olunub. Hadisə yerinə Bakı qarnizonunun qüvvə və vasitələri, 20 ədəd əsas yanğın avtomobili, 85 nəfər yanğınsöndürən cəlb olunub. Saat 23:03-də yanğın tam məhdudlaşdırılıb. Hazırda söndürmə işləri davam edir”, – FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini əlavə edib.
#Xətai rayonu teqi istifadə olunub
- Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT
- Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
