FHN-dən Xəzərdə itkin düşən balıqçılar barədə son dəqiqə məlumatı
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran rayonunun Siyavar kənd sakinlərinin axtarışları davam edir.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
“13 yanvar 2025-ci il tarixində Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində iki balıqçının itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında axtarışlar davam etdirilir.
Hazırda itkin düşdüyü ehtimal edilən vətəndaşlar – 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir. Əlavə məlumat veriləcək”, – deyə məlumatda bildirilir.
#Lənkəran teqi istifadə olunub
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
- “Qızımı izləyib, blokda vurub, oğlunu da...” | Qandonduran hadisə | “Uşağı 3-4 yerdən...” - Baku TV
- Lənkəranda dəhşətə gətirən hadisə | Gənc ana və oğlu bıçaqlandı - Baku TV CANLI
- “Xeyli ziyan vurdu bizə” | Lənkəranda dolu və güclü külək ağır fəsadlar törətdi - Baku TV
