Pleyeri seçin:
FHN-dən Xəzərdə yanan gəmi ilə bağlı son dəqiqə məlumatı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər dənizində təchizat gəmisində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
“Hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, Nazirliyin müvafiq qüvvələri də cəlb olunmaqla yanğın-xilasetmə əməliyyatına başlanılıb. Həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir”, – deyə nazirliyin məlumatında qeyd edilib.
Kopyalandı
#Xəzər dənizi teqi istifadə olunub
- Xəzər dənizindən içməli su əldə ediləcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV
- Xəzəryanı dövlətlər ekoloji problemlərin həlli üçün bir araya gəldilər - Baku TV
- Şimal–Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər?
