Pleyeri seçin:

FHN Xətaidəki güclü yanğının detallarını açıqladı

04 avqust 2023 101 baxış

Avqustun 4-ü saat 14:11 radələrində yanğınsöndürmə hissəsinə Xətai rayonu Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Hikmət Abbasov deyib.

O bildirib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və şəxsi heyəti yanğın olan əraziyə çatıb: “Hadisənin çətinliyi, havanın küləkli olmasını nəzərə alaraq tərəfimizdən iki nömrəli yüksək çağırış elan olunub və Bakı qarnizonunun əsas qüvvələri hadisə yerinə cəlb olunub. Ərazidə 15-dən artıq texnika və 80-ə yaxın şəxsi heyət yanğının söndürülməsində iştirak edir”.

General-mayor qeyd edib ki, ərazidə olan fərdi yaşayış evləri yanğından mühafizə olunub, şəxsi heyətə xüsusi tapşırıq verilib: “Ərazi "Lukoil", "Azpetrol", "SOCAR"ın yanacaq çənləri parkıdır. Burada bir çox çənlər yerləşib. Biz çatanda vəziyyət çox mürəkkəb idi, həmin çənlərə yanğının keçmə ehtimalı yüksək idi. Yanacaq daşıyan avtomobillərin hadisə yerində olması ciddi problem yaradırdı. Həmin yanacaq daşıyan maşınlardan 18-i yanğından mühafizə olunub. Yalnız bir neft daşıyan yanacaq avtomaşınında dərhal yanğın baş verməsi ilə əlaqədar partlayış olub”.

Banner
“Pis adam deyildi, amma...” | 49 yaşlı kişinin meyiti harada tapıldı? - Baku TV

“Pis adam deyildi, amma...” | 49 yaşlı kişinin meyiti harada tapıldı? - Baku TV

Hadisə
28 oktyabr 2026 101 baxış
Uzun illər tək yaşayan kişinin meyiti qonşular tərəfindən aşkarlandı - ƏSAS XƏBƏR

Uzun illər tək yaşayan kişinin meyiti qonşular tərəfindən aşkarlandı - ƏSAS XƏBƏR

Hadisə
28 oktyabr 2026 101 baxış
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 101 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 101 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 101 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 101 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 101 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 101 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 101 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 101 baxış
Seçilmişlər
icon