Gəncə prospektində təhlükəli anlar | FHN görüntülər yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, BYD markalı sərnişin avtobusu ilə "QAZel" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və yük maşınının sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrlə avtomobildə sıxılı vəziyyətdə qalan 1990-cı il təvəllüdlü Etibar Qasım oğlu Məmmədovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
#Xətai rayonu teqi istifadə olunub
- Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT
- Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
