Pleyeri seçin:
Gənclər arasında mübahisə faciə ilə bitdi | Yevlax
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlaxda 17 yaşlı şəxs bıçaqlanaraq qətlə yetirilib. Bıçaq yarası alan daha bir nəfər isə xəstəxanaya çatdırılıb.
Dəhşətli hadisə şəhərin Yusif Yusifbəyli küçəsində qeydə alınıb.
İlkin məlumata görə, sözügedən küçədə mübahisə edən şəxslər daha sonra bıçağa əl atıblar. Hadisə zamanı 17 yaşlı Ayxan Quliyev aldığı bıçaq xəsarətindən həyatını itirib. 18 yaşlı Əli Zülfüqarlı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Baş verən hadisənin təfərrüatları tam məlum olmasa da, hadisəni törətməkdə şübhəli bilinən Həsən Mustafalı, Rəhim Quliyev və Məhəmməd Mustafazadə polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Kopyalandı
#Yevlax teqi istifadə olunub
- Yevlaxda 3-cü qrup əlil olan ailə başçısı kömək istəyir - Baku TV
- "Təzə almışdım, hər şey yanıb" - Yevlaxda dəhşətli yanğın | "Çağırdım ki, ay qonşular..." - Baku TV
- Yevlaxdakı yanğında alovlar arasında qalan sakinlərin taleyi necə oldu? - Baku TV CANLI
- Yevlaxın Aran qəsəbəsində 53 yaşlı sakinin meyiti su arxında tapıldı - Baku TV CANLI
- “Çox qeyrətli qadın idi” | 91 yaşlı Qərənfil nənə faciəvi şəkildə həyatını itirdi - Baku TV
