Goranboyda ailə ağır qəzaya düşdü | Dəhşətli hadisə barədə təcili məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboyda yol qəzası baş verib.
Hadisə Goranboy-Naftalan yolunun rayonun Balakürd kəndindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı avtomobillər deformasiyaya uğrayıb. Xəsarət alanlar Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq təcili yardım briqadasına təhvil veriliblər.
Qəzaya düşən 7 nəfər Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. TƏBİB-in məlumatına görə, müalicəsi reanimasiya şöbəsində davam etdirilən 12 yaşlı uşaq həyatını itirib. Digər şəxslərdən birinin müalicəsi Goranboy Rayon Mərkəzi Xəstəxanasında, qalan 5 nəfərin müalicəsi isə Gəncə şəhərində fəaliyyət göstərən özəl tibb müəssisəsində davam etdirilir.
Qeyd edək ki, qəzaya düşən şəxslər bir ailənin üzvləridir.
#Goranboy teqi istifadə olunub
- Goranboyda faciə: Elektrik dirəyi 35 yaşlı qadının üzərinə aşıb - Baku TV
- Goranboyda elektrik dirəyinin aşması faciəyə səbəb olub - ƏSAS XƏBƏR
- Goranboyda qorxunc hadisə | 31 yaşlı şəxs özündən 43 yaş böyük kişini niyə vurdu? - Baku TV CANLI
- Şirvan sakini Goranboyda faciəvi şəkildə öldü - Baku TV CANLI
- Goranboyda dəhşətli qəza | Şirvan sakini faciəvi şəkildə öldü - Baku TV
