Goranboyda gənc oğlan 42 yaşlı kişini bıçaqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboyda 24 yaşlı gənc özündən 18 yaş böyük olan kişini bıçaqlayıb.
Hadisə rayonun Qazanbulaq qəsəbəsində qeydə alınıb. Kəlbəcər rayon sakini İsmayıl Süleymanov münaqişə zəminində 42 yaşlı Vahid Nağıyevə bıçaqla xəsarət yetirib. Zərərçəkən Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ixtisaslaşmış tibb müəssisələrindən birinə təxliyə olunub.
Onu da bildirək ki, hadisə zamanı xəsarət alan Vahid Nağıyev həyat yoldaşı ilə özünə məxsus minik avtomobilinə əyləşib xəstəxanaya gedən zaman yolda huşunu itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, 2000-ci il təvəllüdlü İsmayıl Süleymanov saxlanılıb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
#Bıçaqlanma hadisəsi teqi istifadə olunub
- Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV
- Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
