Pleyeri seçin:
Gördüm ki, qapının ağzında uzanıb… | Kürdəmirdəki bədbəxt hadisənin təfərrüatı
Kürdəmirdə bədbəxt hadisə baş verib.
Şıxımlı kənd sakini, 66 yaşlı Nizami Şəməddin oğlu Qarayevi yaşadığı evdə elektrik cərəyanı vuraraq öldürüb. Nizami Qarayev evdə tək olduğuna görə qonşular hadisədən gec xəbər tutublar.
“Qonşumuz Kifayət mənə zəng edərək “Nizamidən xəbərin var? Deyəsən, onu elektrik cərəyanı vurub, ölüb” dedi. Mən də qaça-qaça gəldim, pəncərədən baxanda gördüm ki, Nizami qapının ağzında uzanıb. Sonra kəndin bələdiyyəsinə zəng vurdum”, – mərhumun qonşusu Sədaqət Həmidova söyləyib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Şıxımlı kəndi teqi istifadə olunub
