Söz-söhbətin axırı qanla bitdi | Kürdəmir sakinləri amansız qətldən danışdı
Kürdəmirin Şıxımlı kəndində dəhşətli hadisə baş verib.
43 yaşlı şəxs anasının başını kəsib, qonşusunu qətlə yetirib.
Belə ki, hadisəni törətməkdə şübhəli bilinən Şıxımlı kənd sakini İlham Alıyev aralarında yaranan ailə münaqişəsi zəminində anasını boğaz nahiyəsindən kəsərək qətlə yetirib. Bundan sonra o, qonşusu Vüqar Məmmədovu həyətə çağırıb, ona bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisə yerindən qaçan İlham qarşısına çıxan kənd sakini Famil Şükürova da bir neçə ağır bədən xəsarəti yetirərək qətlə yetirib.
Qətlə yetirilən qadının oğlu hadisə ilə bağlı bəzi detalları açıqlayıb:
“Həyətdə işləyirdim, qonşunun biri çağırıb dedi ki, ananın başını kəsiblər. Gəlib gördüm ki, anam qan içindədir. Başını kəsib, qaçıb gedib”.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
#Kürdəmir teqi istifadə olunub
- Kürdəmirdə 51 yaşlı kənd sakini ildırım vurması nəticəsində həyatını itirdi - 24 SAAT
- Kürdəmirdə dəhşətli hadisə | Heyvan otarmaq istəyən çobanı ildırım vurdu - Baku TV
- Kürdəmirdə 7 otaqlı ev yanaraq külə döndü - Baku TV
- İşıqlandırılmayan yolda növbəti qəza | Yaralılar var - Baku TV CANLI
- İşıqlandırılmayan yolda növbəti qəza | Avtomobil aşdı, 5 nəfər xəstəxanalıq oldu - Baku TV
