Hamı tikan üstündə oturub... | Vətəndaşlarla qurum üz-üzə qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi, 4-cü Buta küçəsində oktyabrın 12-si Dövlət Su Ehtiyatları Agentliyinə məxsus kanalizasiya kollektorunun sıradan çıxması nəticəsində ərazidəki fərdi yaşayış evlərindən birinin həyəti çöküb.
Hadisənin üzərindən 2 həftədən çox keçməsinə baxmayaraq, problem hələ də həll olunmayıb. Əksinə, yaranan yarğan genişlənərək digər yaşayış evlərinə də ziyan vurub.
“Məhəllədə hamı tikan üstündə oturub, qorxu içində yaşayır. Burada bir çökmə olan kimi bizim evlərə də ziyan dəyəcək”, – narazı sakinlərdən biri söyləyib.
Məsələ ilə bağlı hüquqşünas Hikmət Əliyev bildirib ki, hər hansı qurumun ehtiyatsızlığı və ya təqsiri üzündən vətəndaşlara zərər dəyibsə, bu, mümkün məsuliyyətə səbəb olur:
“Vətəndaşa dəymiş zərər hər bir halda, hətta dövlət qurumu tərəfindən vurulsa belə, kompensasiya edilməlidir. Vətəndaşlar onlara dəymiş maddi və mənəvi zərərin ödənilməsi barədə məhkəmələrdə iddia qaldıra bilərlər”.
#Xətai rayonu teqi istifadə olunub
- Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT
- Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
