Həbs edilən zabit kimdir və nədə ittiham olunur? | Hərbi Prokurorluqdan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin yanacaq xidmətinin sabiq rəisi, ehtiyatda olan polkovnik-leytenant Məmmədli Rüstəm Ağali oğlu həbs edilib.
Bunu hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
O bildirib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Məmmədli Rüstəmə Cinayət Məcəlləsinin 32.3, 179.3.2-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilib:
"Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək", – deyə o qeyd edib.
#Hərbi Prokurorluq teqi istifadə olunub
- Ərdoğan Bakıda keçirilən paradda Məmməd Arazın şeirini oxudu
- Hərbi Prokurorluq vəfat edən DSX hərbçisi barədə vacib məlumat
- Hərbi vəzifəlilərin etdikləri ifşa edildi | Görün nələr ortaya çıxdı
- Hərbi Prokurorluqdan hərbçimizin vəfatı ilə bağlı təcili açıqlama
- Azərbaycanın yeni hərbi prokuroru təyin edilib | İlham Əliyev sərəncam imzaladı
