Pleyeri seçin:

Həkim əməliyyat zamanı pasiyentin ölümünə səbəb oldu? - Baku TV

08 aprel 2026 11 baxış

Bakıda qaynının arvadını estetik əməliyyat edərək onun ölümünə səbəb olmaqda ittiham edilən "AzE Estetik Mərkəz"in direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Aqil Musayevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilənin barəsindəki həbs olmayan qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəzlənib. Ülviyyə İlyasova məhkəmə zalında həbs olunub. Növbəti iclas aprelin 9-na təyin edilib.

Qeyd edək ki, 2025-ci il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb.

Müəyyən olunub ki, "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasova aprelin 15-də qaynının həyat yoldaşı Səbirə Vəliyevanın üzərində liposaksiya əməliyyatı icra edib. Daha sonra onu yaşadığı evə apararaq həkim nəzarətindən kənar saxlayıb. Növbəti gün Səbirə Vəliyeva kəskin qanaxmadan həyatını itirib.

Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan edilib.

Onun barəsində ilkin olaraq polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. İş üzrə Ülviyyə İlyasovanın barəsində Suraxanı Rayon Məhkəməsinin qərarından hər üç tərəf – zərərçəkən, cavabdeh və ittiham tərəfi şikayət veriblər. Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını qüvvədə saxlayıb. 

“Maşından düşən kimi hücum etdi” | Mərdəkan sakinləri təşviş içində - Baku TV

“Maşından düşən kimi hücum etdi” | Mərdəkan sakinləri təşviş içində - Baku TV

Hadisə
08 aprel 2026 11 baxış
"17 uşaq orada..." | Sel fəsadlara səbəb oldu: "Körpülərimizi, sahələrimizi apardı" - Baku TV

"17 uşaq orada..." | Sel fəsadlara səbəb oldu: "Körpülərimizi, sahələrimizi apardı" - Baku TV

Hadisə
08 aprel 2026 11 baxış
5 qadının aqibəti necə oldu? - Qorxunc hadisədən sonra restoran bağlandı - Baku TV

5 qadının aqibəti necə oldu? - Qorxunc hadisədən sonra restoran bağlandı - Baku TV

Hadisə
08 aprel 2026 11 baxış
Biləsuvarda bədbəxt hadisə | 41 yaşlı qadın həyatını itirdi - Baku TV

Biləsuvarda bədbəxt hadisə | 41 yaşlı qadın həyatını itirdi - Baku TV

Hadisə
08 aprel 2026 11 baxış
150 min manatlıq mübahisə | "Restoranı tikmişik, pulumuzu ala bilmirik" - Baku TV

150 min manatlıq mübahisə | "Restoranı tikmişik, pulumuzu ala bilmirik" - Baku TV

Hadisə
07 aprel 2026 11 baxış
“Ev söhbəti deyil, aşıb üstünə, söhbət bağlanıb...” | Sakin dağıntılar altında qaldı - Baku TV

“Ev söhbəti deyil, aşıb üstünə, söhbət bağlanıb...” | Sakin dağıntılar altında qaldı - Baku TV

Hadisə
07 aprel 2026 11 baxış
Səbail rayonunda bədbəxt hadisə | Gənc oğlan 19-cu mərtəbədən yıxıldı - Baku TV

Səbail rayonunda bədbəxt hadisə | Gənc oğlan 19-cu mərtəbədən yıxıldı - Baku TV

Hadisə
07 aprel 2026 11 baxış
“Onda fikirləşdim ki, yüz faiz ölüb...” | Tək yaşayan qadının dəhşətə gətirən sonu - Baku TV

“Onda fikirləşdim ki, yüz faiz ölüb...” | Tək yaşayan qadının dəhşətə gətirən sonu - Baku TV

Hadisə
07 aprel 2026 11 baxış
Qubada avtomobil yolu çökdü | 25 kəndlə əlaqə kəsildi - Baku TV

Qubada avtomobil yolu çökdü | 25 kəndlə əlaqə kəsildi - Baku TV

Hadisə
07 aprel 2026 11 baxış
"Deyib ki, ərə getməsəm..." | 18 yaşlı qız qaçırıldı: “Qızı tort adı ilə aparıb...” - Baku TV

"Deyib ki, ərə getməsəm..." | 18 yaşlı qız qaçırıldı: “Qızı tort adı ilə aparıb...” - Baku TV

Hadisə
07 aprel 2026 11 baxış
Seçilmişlər
icon