Hərbi qulluqçumuz vəfat etdi
“Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, kiçik gizir Rahil Rahib oğlu Əhmədovun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub”.
Bu barədə hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
O bildirib ki, daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib:
“Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
#Dövlət Sərhəd Xidməti teqi istifadə olunub
- Qarabağ atları, milli musiqimiz və rəqslərimiz Əbu-Dabidə tamaşaçıları valeh etdi - Baku TV
- "Qaraheybət"də hərbi helikopterin qəzaya uğramasından 4 il ötür
- "Qaraheybət"də hərbi helikopterin qəzaya uğramasından 4 il ötür
- Qorxulu anlar yaşandı, atəş açıldı | Xəzər dənizində nə baş verir?
- Azərbaycana narkotik keçirməyə çalışanların planı alt-üst oldu - CANLI
