Pleyeri seçin:

Həyətdə 1 kişi, 1 qadın meyiti var idi... | Coratda qandonduran hadisənin təfərrüatı

05 fevral 2025 513 baxış

Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda şübhəli bilinən Müşfiq Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər. Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı hadisə şahidi kimi ifadə veriblər.

Bildiriblər ki, hadisə baş verən ünvanda yanğın olduğu üçün onlar da orada olublar.

İçəri daxil olanda ilk olaraq yaralı kişini, daha sonra həyətdə bir qadın və bir kişi meyitini gördüklərini bildiriblər.

Təqsirləndirilən şəxsin qardaşı Xəqani Tağıyev ifadəsində bildirib ki, qardaşı ilə eyni evdə yaşasa da, onun işlərinə qarışmayıb. Qarşı tərəflə də heç bir ədavətləri olmayıb.

Onun sözlərinə görə, bu işin əsasında Anar Fərəclinin qardaşına qarşı əxlaqsızlıq etməsi olub.

Qeyd edək ki, 2024-cü il oktyabrın 28-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər – Susana Karakaş və Dağbəyi Fərəcov ölüb.

Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə qonşular – Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri – Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşfiq Məhəmməd oğlu saxlanılıb.

İstintaqla onun qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürməsi, sonuncuların evdə aşkar surətdə köməksiz vəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı və köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Məhkəmənin qərarı ilə Müşfiq Tağıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmənin növbəti tarixi 19 fevrala təyin edilib.  

Bakı-Quba yolunda faciəvi qəza: Körpüdə yük maşını minik avtomobili ilə toqquşdu - Baku TV CANLI

Bakı-Quba yolunda faciəvi qəza: Körpüdə yük maşını minik avtomobili ilə toqquşdu - Baku TV CANLI

Hadisə
23 sentyabr 2026 513 baxış
Bakı-Quba yolunda dəhşət | Yük avtomobili minik maşınının üzərinə aşdı - Baku TV

Bakı-Quba yolunda dəhşət | Yük avtomobili minik maşınının üzərinə aşdı - Baku TV

Hadisə
23 sentyabr 2026 513 baxış
Şirvan sakini Goranboyda faciəvi şəkildə öldü - Baku TV CANLI

Şirvan sakini Goranboyda faciəvi şəkildə öldü - Baku TV CANLI

Hadisə
23 sentyabr 2026 513 baxış
Goranboyda dəhşətli qəza | Şirvan sakini faciəvi şəkildə öldü - Baku TV

Goranboyda dəhşətli qəza | Şirvan sakini faciəvi şəkildə öldü - Baku TV

Hadisə
23 sentyabr 2026 513 baxış
2013-cü ildə törədilən qətlin yeni detalları üzə çıxdı - 24 SAAT

2013-cü ildə törədilən qətlin yeni detalları üzə çıxdı - 24 SAAT

Hadisə
22 sentyabr 2026 513 baxış
Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 513 baxış
Asfalt çatladı, yol sürücülər üçün təhlükəyə çevrildi | Quba–Qonaqkənd yolunda son durum - Baku TV

Asfalt çatladı, yol sürücülər üçün təhlükəyə çevrildi | Quba–Qonaqkənd yolunda son durum - Baku TV

Hadisə
22 sentyabr 2026 513 baxış
Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb

Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb

Hadisə
22 sentyabr 2026 513 baxış
COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI

COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 513 baxış
"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

Hadisə
22 sentyabr 2026 513 baxış
Seçilmişlər
icon