Pleyeri seçin:

İkinci ərini öldürən qadın cinayəti çox gizlədə bilmədi

06 sentyabr 2023 162 baxış

2021-ci il mayın 9-da Bakının Səbail rayonu, Fikrət Əmirov küçəsi 1, mənzil 54 ünvanında bir nəfərin öldürülməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olur.

Hadisə yerinə baxış zamanı ölən şəxsin 1952-ci il təvəllüdlü Rəşid Axundov olduğu müəyyən edilir. Onun meyiti yataq otağında, çarpayının üzərində aşkarlanıb. Boğaz nahiyəsində boğulmaya xarakterik sıyrıq, sağ qaşının üstündə isə qançır izləri olub. Mənzilə baxış keçirilib, maddi sübutlar götürülüb.

Fakt üzrə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq-əməliyyat tədbirləri keçirilməsinə baxmayaraq, heç kim iş üzrə cinayət məsuliyyətinə cəlb olunmayıb. Buna görə də cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

İstintaq tədbirləri zamanı paytaxt sakini 1961-ci il təvəllüdlü İsmayılova İnnesa Vladimirovna şübhəli şəxs qismində saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaqla müəyyən edilib ki, mayın 9-da İnnesa İsmayılova aralarında yaranmış ailədaxili mübahisə zamanı mənzilin dəhlizində əri Rəşid Axundovla mübahisə edib, onu itələyərək yıxıb, boynundakı gümüş boyunbağını dartaraq bir neçə dəqiqə saxlayıb. Öldüyündən əmin olduqdan sonra meyiti dəhlizdə qoyaraq, mənzili tərk edib.

Qeyd edək ki, istintaq yoxlamaları zamanı cinayət işinə bəzi fotoşəkillər də əlavə edilib və aydın olub ki, Rəşid Axundov restorandan evə qayıdanda boynunda gümüşü rəngli boyunbağı var imiş. Amma hadisədən sonra təqsirləndirilən şəxs həmin əşyanı gizlədib.

İstintaq qənaətə gəlib ki, münasibətləri son illər kəskin pisləşdiyindən İnnesa İsmayılova evin dəhlizində mübahisə zamanı Rəşid Axundovu öldürüb. Bundan sonra hər kəsə yanlış məlumat verib. Ancaq cinayəti onun törətdiyi təkzibedilməz faktlarla sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İnnesa İsmayılova təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 162 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 162 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 162 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 162 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 162 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 162 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 162 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 162 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 162 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 162 baxış
Seçilmişlər
icon