Pleyeri seçin:

İnsanlığa sığmayan hərəkət | 14 yaşlı yeniyetmənin görüntüləri gündəmi silkələdi

01 sentyabr 2025 768 baxış

Valideynlərini itirən yeniyetməyə qohumları tərəfindən ağır işgəncələr verildiyi iddia olunur.

Bu barədə sosial şəbəkədə “Qadın və Uşaq Sığınacağı” paylaşım edib.

İddia edilir ki, yeniyetmənin 14 yaşı var və davamlı olaraq ağır işgəncələrə məruz qalıb. Anası dünyasını dəyişib, atası isə həbsxanada vəfat edib. Adının çəkilməsini istəməyən şəxslər bildiriblər ki, uşağı qəyyumluğa götürən xalası ona davamlı olaraq işgəncə verib. Uşağa qarşı aylardır zorakılıq edilib.

Görüntülərdən də yeniyetmənin başında və bədəninin müxtəlif yerlərində ağır işgəncə izləri olduğu aydın görünür.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirib ki, məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi ilə bağlı hadisəyə hüquqi qiymət veriləcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Bakı şəhəri, Sabunçu rayonu ərazisində baş vermiş hadisə ilə bağlı dərhal aidiyyəti qurumlarla əlaqə saxlanılıb. Hazırda yeniyetmənin olduğu ailəyə Sabunçu Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirilir. Hadisə ilə digər məlumatlar araşdırma gedişatında bəlli olacaq. Araşdırma başa çatdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Banner
Astaradan Gəncəyə andiçmə mərasiminə gələn 84 yaşlı kişinin axtarışları davam edir - ƏSAS XƏBƏR

Astaradan Gəncəyə andiçmə mərasiminə gələn 84 yaşlı kişinin axtarışları davam edir - ƏSAS XƏBƏR

Hadisə
10 noyabr 2026 768 baxış
“Bir də gördüm...” | Nəvəsinin andiçmə mərasiminə gedən kişi haraya yoxa çıxdı? - Baku TV

“Bir də gördüm...” | Nəvəsinin andiçmə mərasiminə gedən kişi haraya yoxa çıxdı? - Baku TV

Hadisə
10 noyabr 2026 768 baxış
184 saylı avtobus idarəetmədən necə çıxdı? | Suraxanıdakı qəza barədə detallar - Baku TV CANLI

184 saylı avtobus idarəetmədən necə çıxdı? | Suraxanıdakı qəza barədə detallar - Baku TV CANLI

Hadisə
09 noyabr 2026 768 baxış
Biləsuvarda meyiti aşkarlanan 35 yaşlı kişinin ölüm səbəbi araşdırılır - Baku TV

Biləsuvarda meyiti aşkarlanan 35 yaşlı kişinin ölüm səbəbi araşdırılır - Baku TV

Hadisə
08 noyabr 2026 768 baxış
Ağstafada dəhşətli hadisə | Ailənin 3 üzvü niyə xəstəxanalıq oldu? - Baku TV CANLI

Ağstafada dəhşətli hadisə | Ailənin 3 üzvü niyə xəstəxanalıq oldu? - Baku TV CANLI

Hadisə
07 noyabr 2026 768 baxış
Ailə səhər yeməyindən sonra niyə xəstəxanalıq oldu? - “1-2 saat ərzində...” - Baku TV

Ailə səhər yeməyindən sonra niyə xəstəxanalıq oldu? - “1-2 saat ərzində...” - Baku TV

Hadisə
07 noyabr 2026 768 baxış
İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT

İki qardaşı eyni anda hədəf alan silahlı şəxslər kimdir? - 24 SAAT

Hadisə
06 noyabr 2026 768 baxış
"Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?

"Bu dəqiqə qıraram bu qapını!" | Keçmiş məhkumun qandonduran əməlinin üstünü kim açdı?

Hadisə
06 noyabr 2026 768 baxış
Müxtəlif istehsalçıların əmtəə nişanları ilə hansı məhsullar satışa hazırlanıb? - Baku TV CANLI

Müxtəlif istehsalçıların əmtəə nişanları ilə hansı məhsullar satışa hazırlanıb? - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 768 baxış
Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI

Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI

Hadisə
06 noyabr 2026 768 baxış
Seçilmişlər
icon