Kafedə qandonduran cinayət | İki dostun taleyini bir-birinə bağlayan qətl - SONUNCU ŞAHİD
Yeniliklərdən dərhal xəbərdar olun
İşsiz qalan gənc oğlan dostların hücumu nəticəsində qətlə yetirilib.
Belə ki, Abbas Əzimov (ad və soyadlar şərtidir) böyük qardaşı ilə mübahisədən sonra Bakıya gələrək yeni tikilidə gözətçi işləyir. Lakin 6 aydan sonra işdən uzaqlaşdırılır.
İsti yay günlərində iş və qalacaq yer tapa bilməyən Abbas kafelərdən birinə daxil olaraq içki sifariş edir. Həmin vaxt kafedə olan iki dost – Həsən Vəliyev və Faiq Behbudov spirtli içkinin təsiri ilə Abbasa istehza ilə gülməyə başlayırlar. Abbas isə onların bu davranışlarına məhəl qoymamağa çalışır.
Bir qədər sonra kafedə sintezator ifaçısı mahnı çalmağa başlayır. Dostlar musiqi sədaları altında rəqs edirlər. Bu zaman Faiq Abbasa sataşmaq məqsədilə jestlər edir, Həsən də ona qoşulur. Daha sonra Həsən ilə Faiq ard-arda təpik və yumruq zərbələri ilə Abbası döyürlər.
Ağrı içində kafeni tərk edən Abbas bir müddət sonra aldığı xəsarətlərin təsirindən huşunu itirərək yerə yıxılır və hadisə yerindəcə dünyasını dəyişir.
#Qətl hadisəsi teqi istifadə olunub
- Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI
- Pirşağıda baş verən qanlı hadisənin təfərrüatları məhkəmədə açıqlanıb - Baku TV CANLI
- "O da sakit oğlan idi, bu da" | Çayxana qarşısındakı mübahisə qanla bitdi - Baku TV
- "Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
