Kafeyə girəndə gördü ki... | 18 yaşlı gənc qətli necə törətdi?
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda mübahisə etdiyi şəxslərdən birini qətlə yetirməkdə təqsirləndirilən Həsən Kazımovun cinayət işinin məhkəmə baxışı keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənə ittiham aktını elan edib.
İttihamda bildirilir ki, hadisə 16 noyabr 2024-cü il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 1 ünvanında qeydə alınıb.
Həsən Kazımov ərazidə yerləşən kafeya daxil olmaq istəyərkən orada dayanıb öz aralarında nalayiq ifadələr işlətməklə yüksək səslə danışan Ümid Soltanov, Adil İsmayılov və digərlərinə öz iradını bildirib. Bu zaman Adil İsmayılov və Ümid Soltanovla mübahisə edərək əlbəyaxa olublar.
Mübahisə zamanı Həsən Kazımov üzərindəki ov bıçağı ilə Ümid Soltanovun qarın nahiyəsindən zərbə endirir. Aldığı xəsarətdən kəskin qan itirdiyindən Ümid Soltanov dünyasını dəyişib.
Həsən Kazımov məhkəmədə ona elan edilmiş ittihama görə özünü qismən təqsirli bilərək baş verən hadisəni 8 nəfərin onun üzərinə gəlməsinə görə törətdiyini deyib.
Təqsirləndirilənin vəkili isə öz növbəsində müvəkkilinin ittiham olunduğu maddələrin düzgün tövsif olunmadığını bildirib.
Xatırladaq ki, baş verən hadisə ilə bağlı Həsən Kazımov şübhəli şəxs qismində saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) ilə yanaşı, digər maddələrlə də ittiham olunub.
#Nizami rayonu teqi istifadə olunub
- “Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komendantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV
- Yaşadıqları binanın bloklarına kanalizasiya suları yığılır
- "Buradan keçən ağzını tutub keçir" | Əhali narazıdır: "Yalandan yazır ki, 10 dəfə etmişik" - Baku TV
- "Vermirsənsə, başqa kişinin oğlu gəlsin..." | Sakinlər və MTK arasında qalmaqal - Baku TV
- Nizami rayonunda 5 binanın həyəti baxımsız vəziyyətdə - Baku TV CANLI
