Lənkəranda ağır qəza | Hadisə şahidi baş verənləri danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran şəhərinin Nəriman Nərimanov küçəsində ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lənkəranın Xolmili kənd sakini, 26 yaşlı Bəxtiyar Seyidovun idarə etdiyi "KIA Ceed" markalı avtomobil yolu keçən piyadanı vurub. Qəza nəticəsində ağır yaralanan şəxsin Lerik rayonunun Livədirgə kənd sakini, 22 yaşlı Xaqani İbadov olduğu müəyyən edilib. Məlumata görə, Xaqani İbadov Azərbaycan Ordusunun zabitidir və hadisədən qısa müddət əvvəl xidməti fəaliyyəti ilə əlaqədar Lənkəran rayonuna təyinat alıbmış. Hadisə şahidlərinin verdiyi məlumata görə, zərbənin gücündən yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır və qəzanın başvermə səbəbləri dəqiqləşdirilir. Baku TV hadisə yerindən ən son təfərrüatları və şahid ifadələrini təqdim edir.
#Lənkəran teqi istifadə olunub
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
- “Qızımı izləyib, blokda vurub, oğlunu da...” | Qandonduran hadisə | “Uşağı 3-4 yerdən...” - Baku TV
- Lənkəranda dəhşətə gətirən hadisə | Gənc ana və oğlu bıçaqlandı - Baku TV CANLI
- “Xeyli ziyan vurdu bizə” | Lənkəranda dolu və güclü külək ağır fəsadlar törətdi - Baku TV
