Pleyeri seçin:
Leysan kənd sakinlərini ziyana saldı | Astara
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Leysan xarakterli yağış nəticəsində Astarada elektrik dirəkləri aşıb, iki inəyi cərəyan vurub. Hadisə rayonun Diqoli kəndində qeydə alınıb.
Ərazidən keçən 10 kv-luq elektrik dirəkləri kənd sakinləri Xanəhməd Şabanov və Elsevər Hüseynova məxsus inəklərin üstünə düşüb.
Cərəyan vurması nəticəsində hər iki şəxsə məxsus iribuynuzlu heyvanlar tələf olub. Sakinlərə ümumilikdə 3000 manata yaxın ziyan dəyib.
Əlverişsiz hava şəraitinə baxmayaraq, əraziyə texnika və işçilər cəlb olunub. Görülən işlər nəticəsində problem aradan qaldırılıb.
Qeyd edək ki, bölgədə yağışlı hava şəraiti davam edir.
Kopyalandı
#Astara teqi istifadə olunub
- “4-cü mərtəbəyə əlimizlə su daşıyırıq” | 300-ə yaxın sakin niyə acınacaqlı vəziyyətdədir? - Baku TV
- "Ona-buna yalvarmalıyıq ki, gətirsin" | Astarada naringi bağları susuzluqdan yanır - Baku TV
- Astarada ağır qəza | Sürücü həyatını itirdi, oğlu və nəvələri isə yaralandı - Baku TV
- Astarada baş verən ağır yol qəzası ölümlə nəticələnib - Baku TV
- Astarada dənizdə axtarılan Masallı sakininin ölkədən çıxdığı bildirilir - Baku TV
