Maşın ağaca çırpıldı, 2 nəfər dünyasını dəyişdi
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboyda minik maşını ağaca çırpılıb, 2 nəfər həyatını itirib. Ağır qəza rayonun Xoylu kəndi ərazisində qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və nəqliyyatın hərəkətini bərpa ediblər:
“İlkin araşdırmalar nəticəsində məlum olub ki, 1988-ci il təvəllüdlü Nicat Nəbiyev “Mercedes-Benz” markalı avtomobilin idarəetməsini itirib və nəqliyyat vasitəsini yol kənarındakı ağaca çırpıb. Nəticədə sürücü və sərnişin Elvin Quliyev həyatını itirib”.
Ağır qəzada həyatını itirənlərin hər ikisinin hərbçi olduğu bildirilir. Faktla bağlı araşdırmalar davam etdirilir.
#Goranboy teqi istifadə olunub
- Goranboyda faciə: Elektrik dirəyi 35 yaşlı qadının üzərinə aşıb - Baku TV
- Goranboyda elektrik dirəyinin aşması faciəyə səbəb olub - ƏSAS XƏBƏR
- Goranboyda qorxunc hadisə | 31 yaşlı şəxs özündən 43 yaş böyük kişini niyə vurdu? - Baku TV CANLI
- Şirvan sakini Goranboyda faciəvi şəkildə öldü - Baku TV CANLI
- Goranboyda dəhşətli qəza | Şirvan sakini faciəvi şəkildə öldü - Baku TV
