Meyvə bağına görə ata övladını yaraladı | Astarada dəhşətli hadisə
Yeniliklərdən dərhal xəbərdar olun
Astarada ata oğluna tüfənglə atəş açıb. Hadisə rayonun Sığaloni kəndində baş verib.
Ağaşir Hüseynov oğlu 33 yaşlı Tural Hüseynova ov tüfəngi ilə atəş açaraq xəsarət yetirib. Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağırdır.
İlkin məlumata görə, ata və oğul arasında mübahisə sitrus meyvələrinə görə olub. Analoji hadisə bir neçə il bundan əvvəl də baş verib. Ata sitrus bağlarına görə ov tüfəngi ilə oğluna ayaq nahiyəsindən atəş açaraq xəsarət yetirib. A.Hüseynov bu əməlinə görə məhkumluq həyatı yaşayıb.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan açıqlama verilib. Bildirilib ki, Astara sakini Tural Hüseynovun ov silahından açılan atəş səbəbindən xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. Cinayət əməlini törədənin şəxsiyyəti müəyyən olunub və hazırda saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
#Astara teqi istifadə olunub
- “4-cü mərtəbəyə əlimizlə su daşıyırıq” | 300-ə yaxın sakin niyə acınacaqlı vəziyyətdədir? - Baku TV
- "Ona-buna yalvarmalıyıq ki, gətirsin" | Astarada naringi bağları susuzluqdan yanır - Baku TV
- Astarada ağır qəza | Sürücü həyatını itirdi, oğlu və nəvələri isə yaralandı - Baku TV
- Astarada baş verən ağır yol qəzası ölümlə nəticələnib - Baku TV
- Astarada dənizdə axtarılan Masallı sakininin ölkədən çıxdığı bildirilir - Baku TV
