Minik avtomobili yük maşını ilə toqquşdu | Hadisə yerindən görüntülər
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda “VAZ-2107” markalı minik avtomobilinin yük avtomobilinin qoşqusuna çırpılması nəticəsində dörd nəfər xəsarət alıb.
Hadisə Lənkəran-Boradigah-Masallı avtomagistralının Lənkəran rayonunun Viravul kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yolda hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili yol kənarında hərəkətsiz dayanan, içərisi mişar daşı ilə dolu olan yük avtomobilinin qoşqusuna çırpılıb.
Qəza nəticəsində minik avtomobilində olan Lənkəran rayonunun Separadi kənd sakinləri − 2008-ci il təvəllüdlü F.Əhmədzadə, 2004-cü il təvəllüdlü Ziya Mübariz oğlu Canıyev, 1997-ci il təvəllüdlü Şahrza Həsrət oğlu Rzayev və 1998-ci il təvəllüdlü Fərid Qədir oğlu Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Xəstəxanadan verilən məlumata görə, F.Əhmədzadəyə sağ qulağın sıyrılmış yarası, Z.Canıyevə alının sağ payının əzilmiş yarası, Ş.Rzayevə sağ dirsək oynağının çıxığı və sınığı, F.Əzimova isə sağ qaş üstü nahiyəsinin əzilmiş-didilmiş yarası, sağ göz yuvasının əzilmiş yarası, qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Xəsarətalanlardan Fərid Əzimovun vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib. İlkin məlumata görə, qəzanın baş verməsinə səbəb yolun buzlu olması və sürücünün idarəetməni itirməsi olub.
Faktla bağlı araşdırma aparılır.
#Lənkəran teqi istifadə olunub
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
- “Qızımı izləyib, blokda vurub, oğlunu da...” | Qandonduran hadisə | “Uşağı 3-4 yerdən...” - Baku TV
- Lənkəranda dəhşətə gətirən hadisə | Gənc ana və oğlu bıçaqlandı - Baku TV CANLI
- “Xeyli ziyan vurdu bizə” | Lənkəranda dolu və güclü külək ağır fəsadlar törətdi - Baku TV
